Müharibə veteranlarına verilən 80 manat artacaq? - Komitə sədri

saytların hazırlanması

Evə çatdırılma

Müharibə veteranlarına verilən 80 manat artacaq? - Komitə sədri

Sosial

29 Yanvar 2025 15:37 27533


Ötən gün Prezident İlham Əliyevin imzaladığı fərmanla hərbçilərin, hərbi qulluqçuların və bir sıra digər dövlət qurumlarında çalışanların maaşlarının artırılması ilə bağlı mühüm qərar qəbul edildi. 

Bu qərar, sosial təminatın artırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir. Lakin maaş artımı ilə yanaşı, müharibə veteranlarına aylıq olaraq verilən 80 manatlıq müavinətin taleyi də müzakirə mövzusuna çevrilib. 

Bəs veteranlara verilən 80 manat aylıq müavinət artacaqmı?  Marqarita pizza

Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Ajans.az-a açıqlamasında bildirib ki, bu təqaüd Prezidentin müəyyən kateqoriya insanlara verdiyi hörmətin bir ifadəsidir və bunu müzakirə etmək doğru yanaşma deyil.

Musa Quliyev vurğulayıb ki, veteranlara verilən 80 manatlıq müavinət Prezidentin təşəbbüsü ilə tətbiq edilən təqaüd növlərindən biridir:

"Bu Prezident İlham Əliyevin müxtəlif kateqoriyadan olan insanlara göstərdiyi diqqətin və hörmətin bir nümunəsidir. Bunu hər hansı qanunvericiliyə gətirmək və ya Milli Məclisdə müzakirəyə çıxarmaq doğru deyil. Bu təqaüd növü Prezidentin təşəbbüsü və səlahiyyətləri çərçivəsində təyin olunur. Ona görə də, bunu sosial media və digər platformalarda müzakirə etmək məqsədəuyğun deyil".

Komitə sədri əlavə edib ki, veteranlar müxtəlif mənbələrdən maddi təminat əldə edirlər:

"Veteranlar işləyirlər və əməkhaqqı alırlar, eyni zamanda pensiya və digər müavinət növlərindən də faydalanırlar. Bu, elə təkcə 80 manatla yaşamaları anlamına gəlmir. Prezident tərəfindən təsbit edilən bu təqaüd növü ehtiyaclara uyğun olaraq artırıla və ya azaldıla bilər. Amma bu qərarlar yalnız Prezidentin səlahiyyətindədir".

Musa Quliyev qeyd edib ki, Prezidentin təşəbbüsü ilə tətbiq olunan bu təqaüdlər sosial təminat sisteminin bir parçasıdır və dövlət siyasətinin vətəndaşlara yönəlik humanist yanaşmasını əks etdirir:

"Bu təqaüdlər xüsusi bir hörmətin və diqqətin ifadəsidir. Veteranlar cəmiyyətimizin əziz insanlarıdır və onların rifahının yaxşılaşdırılması istiqamətində dövlət davamlı tədbirlər həyata keçirir. Amma unutmayaq ki, bu müavinətlərin təyin edilməsi yalnız Prezidentin səlahiyyətindədir və buna müdaxilə etmək doğru deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif
    Adam olun veteranlar qarın palçığın içində yarımcan olub yaralanıb qospitallarda yatanda siz harda yatırdız?
    1 year ago
  • Məxvi
    Sadəcə ayıbdır hansı hörmətdən danışırsız iki aydan çoxdur ki isə qəbul üçün sənətlər vermişəm imtahan vermişəm bir xəbər yoxdur hörmət qoysalar isə götürdülər məndə ailəmi uşağımı azda olsa qarnını çörəklə doyurardim
    1 year ago
  • Məxvi
    Sadəcə ayıbdır hansı hörmətdən danışırsız iki aydan çoxdur ki isə qəbul üçün sənətlər vermişəm imtahan vermişəm bir xəbər yoxdur hörmət qoysalar isə götürdülər məndə ailəmi uşağımı azda olsa qarnını çörəklə doyurardim
    1 year ago
  • Məxfi
    Musa quliyev kimi veteranlar da ayda 8 min dollar alsa 80 manatın artırılmağına ehtiyyac olmaz.
    1 year ago
  • Seyfəddin
    Allah eləməsin ki, musa kimisinin əlinə səlahiyyət keçsin, əks təqdirdə bu 80 isə kəsərdi
    1 year ago
  • ƏZİZ
    Ayıbdır ee telebeler bizim president təqaüdünden çox stipendiya alır ayıbdır andolasun ki bize qoyulan hörmət bele oldu
    1 year ago
  • ƏZİZ
    Ayıbdır ee telebeler bizim president təqaüdünden çox stipendiya alır ayıbdır andolasun ki bize qoyulan hörmət bele oldu
    1 year ago
  • Elcan
    Musa quliyev biz veteranlar senin kimlerin insan saymiriq cenab prezidentimiz bize her zaman destek olacaq
    1 year ago
  • SAKİT
    Musa quliyeve qalsa bir qepikde vermez oz ovladi olmuş olsaydi bele rahat danişmazdi biz can qoyduq vetencun eybi yox cenab pirizidentimiz biz nece destek oldugumuz kimi oda bizi nezere alacaq elbet
    1 year ago
  • SAKİT
    Musa quliyeve qalsa bir qepikde vermez oz ovladi olmuş olsaydi bele rahat danişmazdi biz can qoyduq vetencun eybi yox cenab pirizidentimiz biz nece destek oldugumuz kimi oda bizi nezere alacaq elbet
    1 year ago