Müharibədə ŞOK hadisə: Rus əsgəri Ukraynaya tank satdı

saytların hazırlanması

Evə çatdırılma

Müharibədə ŞOK hadisə: Rus əsgəri Ukraynaya tank satdı

Hadisə

22 Mart 2022 18:39 2060


Rusiya-Ukrayna müharibəsində maraqlı hadisə baş verib.

Yerli media yazır ki, Rusiya ordusunun əsgəri xidmət etdiyi tankı Ukrayna Silahlı qüvvələrinə təslim edib.

Ukrayna Daxili işlər nazirliyinin müşaviri Viktor Andrusiv hadisənin vaxt və yerini deyə bilməyəcəyini söyləyib. pizza mizza

Onun sözlərinə görə, Ukrayna Milli polisi rusların yerli telefon şəbəkələri ilə danışıqlarını izləyir və onlara hər gün təslim olmaları ilə bağlı mesajlar göndərir.

“Bir neçə gün bundan öncə “Mişa” adlı birisi həmin nömrələrdən birindən zəng vurdu və tank təslim edəcəyini söylədi. Biz bu barədə Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinə məlumat verdik. Daha sonra xüsusi təyinatlılar hadisə yerinə gedərək onu yaxladılar. Dronlar vasitəsilə biz hər hansı bir tələ qurulmadığına da əmin olduq. Məlum oldu ki, tankın ekipajından cəmi bu qalıb, qalanları isə fərarilik edib. Həmin adam artıq döyüşməyin mənasız olduğunu deyir”,-deyə Viktor Andrusiv bildirib.

Ukrayna rəsmisinin sözlərinə görə “Mişa” müharibədən sonra Ukrayna ərazisində rahat şəraitdə yaşaya biləcək. Bundan başqa onu tankı təslim etməsinə görə 10 min ABŞ dolları mükafat gözləyir. / Musavat.com 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!