Müharibənin 44 günü:   Rusiyanı udmaq üçün Ukrayna qurban verilir?

saytların hazırlanması

Evə çatdırılma

Müharibənin 44 günü: Rusiyanı udmaq üçün Ukrayna qurban verilir?

Siyasət

08 Aprel 2022 13:12 869


“Azərbaycan Politoloqlar Klubu”nun sədri Nadir Şəfiyevin “Yen Sabah”a müsahibəsi:

- Bu gün Ukraynada müharibə 44-cü gününə qədəm qoyub. Hərbi əməliyyatlar başladığı gündən etibarən müharibənin bu qədər uzanacağını ehtimal edirdiniz?

- Açığı, müharibənin bu dərəcədə uzanmağını gözləmirdim. Düşünürdüm ki, Rusiya sadəcə Donbasda əməliyyat keçirib bölgədə nəzarəti ələ keçirəcək. Amma Rusiya müharibəyə genişmiqyaslı bir xarakter verdi və bütün Ukrayna sərhədi boyu, hətta Belarus isiqamətindən Ukraynaya müdaxilə etdi. Bu da, əslində, Rusiyanın bütün Ukraynanı işğal etmək niyyətindən xəbər verirdi. Marqarita pizza

Buna görə də, Ukrayna cəmiyyəti və Ukrayna dövlətində çox ciddi müqavimət ortaya qoyuldu. Bu, Rusiyanın bütün Ukraynanı nəinki qısa zamanda, məncə, heç uzun müddətdə də işğal etməyə gücünün çatmayacağını göstərir.

- Kremlin mətbuat katibi Dmitri Peskov son açıqlmasında rus ordusunun Ukraynadakı böyük itkilər verməsi barədə fikirlər səsləndirib, yəni qismən Rusiyanın hərbi uğursuzluğunu etiraf edib. Rusiyanın planlaşdırdığı “ildırımsürətli müharibə” niyə baş tutmadı?

- Suala qismən cavab verdim. Ruslar gözləmirdi ki, Ukrayna cəmiyyəti və dövləti bu dərəcədə səfərbər olacaq, ciddi müqavimət göstərə biləcək. Bir söz var: “İştaha diş altındadır”. Rusiya Krımda həyata keçirdiyi uğurlu əməliyyatı yaddan çıxara bilmir. Ona görə də, hesab etdilər ki, bütün Ukraynanı da o cür ələ keçirə bilərlər. 

Fikrimcə, Rusiya kəşfiyyatının, habelə bu ölkənin əsas “quzğunları”nın, yəni müharibə tərəfdarlarının da çox böyük səhvləri var. Bu səhv hesablamalar Putinə çatdırılıb və o həmin məlumatlar əsasında səhv qərar qəbul edib. Şəxsi zənnimcə, Putinin yeganə əsas səhvi uzun perspektivdə Rusiyanın süqutu ilə nəticələ bilər.

- Belə bir rəy var ki, Rusiya təkcə Ukrayna ilə yox, dünya ilə də vuruşur. Bu rəyə münasibətiniz necədir?

- Bu, əslində, danılmaz bir faktdır. Tarixlə maraqlananlar başa düşür ki, SSRİ ilə müharibə faktiki olaraq Əfqanıstanda aparılırdı və həmin müharibə nəticəsində SSRİ iqtisadi cəhətdən çökdü, yekunda kiçik bir siyasi müdaxilə ilə SSRİ dağıldı. Rusiyanın hazırda atdığı addımlar ona gətirib çıxardı ki, dünyada güc sahibi olan ölkələrin çoxu qərbçi siyasət yürüdür. Çin və Hindistan nisbətən bitərəf mövqe tutur. Böhranın tezliklə çözülməsinə çalışan isə Türkiyədir. 

Hazırda Qərb dövlətləri bir yerə cəmləşərək Rusiyaya qarşı döyüşür. Birbaşa olmasa da, silah-sursat, maliyyə – bütün resurslar ortalığa qoyulub, hətta Ukraynada Qərbin qeyri-rəsmi hərbi qüvvələri var. ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, yəni illər boyu Rusiyanın çökdürülməsini istəyən, Rusiyanı sadəcə maddi resurs bazası kimi görən dövlətlər bu gün Rusiyanın bataqlığda daha çox batmasını istəyir və bu istiqamətdə də bəli, Rusiyaya qarşı döyüşürlər.

- Rusiyanın çökdürülməsi naminə Ukraynanın məhv edilməsinə haqq qazandırmaq olarmı?

- Böyük siyasətdə ayrı-ayrı dövlətlərin qurban verilməsi həmişə olub. Hətta Birinci və İkinci Dünya müharibələrinin başlanılması, habelə SSRİ-yə qarşı Soyuq müharibənin aparılması naminə bu cür hallara yol verilib. Hansısa dövlətlərin sərhədləri yenidən cızılıb, hansısa dövlətlər və ya xalqlar öz ərazisindən sürgün edilib və s. Bu baxımdan, Ukrayna müharibəsində eyni halın təkrarlanmasını istisna etmirəm.

Faktiki olaraq bu gün Ukraynanın məhvi baş verir. Rəsmi məlumatlara görə, 4 milyondan çox ukraynalı ölkəni tərk edib. 4 milyon! Təsəvvür edə bilirsiniz?! Allah uzaq etsin, bu, təqribən Azərbaycan əhalisinin yarısı qədərdir.

Yadınızdadırsa, Almaniya İkinci Dünya müharibəsindən sonra çox pis vəziyyətdə idi və faktiki olaraq bütün iqtisadiyyatı dağıdılmışdı. Onun bərpasında bütün Qərb dünyası iştirak etdi. Məncə, Ukraynada da həmin proses təzədən təkrarlana bilər.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!