Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dünən Kəlbəcər və Laçında hərbi hissələrə baş çəkməsi və bölmələrin döyüş hazırlığını yoxlaması Ermənistanı təşvişə salıb.
Yenisabah.az xəbər verir ki, erməni siyasi-hərbi analitiklər güclənən Azərbaycan ordusu fonunda öz ölkələrindəki ağır duruma diqqət çəkirlər.
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü, siyasi ekspert Tatevik Ayrapetyan ölkəsinin Azərbaycanla müharibəyə hazır olmamasından həyəcanlanıb. Dördpendirli pizza
Ekspert Ermənistandan fərqli olaraq, Azərbaycanın təhdid və təhlükələrə qarşı hazırlıqlı olduğunu və öz ordusunu durmadan gücləndirdiyini deyib.
Tatevik bu aspektdə Kərim Vəliyevin Laçın və Kəlbəcərdə bölmələrin döyüş hazırlığını yoxlamasına diqqət çəkib:
“Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, mümkün təxribatların vaxtında və qətiyyətlə dayandırılması üçün müvafiq tapşırıqlar verib.
Onu da xatırladaq ki, yanvarın 14-də Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənov müşavirə keçirib. Həsənov bu toplantı çərçivəsində bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və mümkün təxribatın qarşısının alınmasına hər an hazır olması ilə bağlı konkret tapşırıqlar verib”.
Tatevik bu fonda Ermənistan ordusunda çaşqınlıq və nizamsızlıq hökm sürdüyünü söyləyib:
“Bu fonda Ermənistan Müdafiə Nazirliyinin 15 hərbçisinin faciəvi şəkildə həyatını itirməsi ilə bağlı rəsmi qurumların bəyanatlarını oxuyuruq və üzləşdiyimiz təhlükələrə qarşı nə qədər adekvat olmadığımıza bir daha əmin oluruq. Anlaya bilmirəm, necə insanlar arasında mübarizəni dəyərdən salmaq, bu qədər biganə olmaq, orduya qarşı belə münasibət formalaşdırmaq olar? Ordu belə saxlanılmır, ordu belə məhv edilir”./Teleqraf
Telegram kanalımız