Mülki geyimdə sürücülərə cərimə yazan kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Mülki geyimdə sürücülərə cərimə yazan kimdir?

Kriminal

05 Aprel 2019 02:26 1519


Zaqatalada Dövlət Yol Polisi (DYP) əməkdaşının mülki geyimdə protokol yazmasını əks etdirən görüntülər yayılıb.

Təqdim etdiyimiz fotodan məlum olur ki, DYP-yə məxsus KİA markalı, 90 YP 586 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan mülki geyimli polis əməkdaşı sürücüyə protokol yazır.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev ONA-nın sorğusuna cavabında məlum görüntü ilə bağlı araşdırmalara başlanıldığını və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib. pizza sifarişi

R.Quliyev həmçinin əlavə edib ki, hər bir halda DYP əməkdaşlarının mülki geyimdə xidmət aparması qadağandır.

ONA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!