Multimilyonçu elan verdi: Seçilən 10 nəfərə hər şey pulsuz olacaq

saytların hazırlanması

Evə çatdırılma

Multimilyonçu elan verdi: Seçilən 10 nəfərə hər şey pulsuz olacaq

Dünya

19 Dekabr 2019 14:43 1165


Yeni Zelandiyada yaşayan multimilyonçu iş adamı qəribə elan verib.

“Yeni Sabah” "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, Karl Reypen “Cənnət” adlandırdığı Şimal Adasında qurduğu fermada onunla kommuna xəyalını paylaşacaq 10 nəfər axtarır. Milyonçunun tək şərti isə axtardığı şəxslərin 70 yaşından böyük olmamasıdır. Həmin şəxslər fermadakı iki nəfərlik evlərdə yaşaya, yemək və şərab zirzəmilərini paylaşa bilərlər. 

Həmçinin, onlar Karl Reipenə gəzinti, balıq tutma, alış-veriş, üzgüçülük, xizək sürmə, quşları və ya digər gözəl heyvanları seyr edən zaman yoldaşlıq etməlidir. Pepperoni pizza

Qeyd edək ki, ferma ən yaxın qəsəbədən təxminən 90 dəqiqəlik məsafədədir.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!