"Mümkün qədər ev şəraitində olsunlar" - Karantin xəstəxanasının baş direktorundan əhaliyə MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

"Mümkün qədər ev şəraitində olsunlar" - Karantin xəstəxanasının baş direktorundan əhaliyə MÜRACİƏT

Sağlamlıq

02 Mart 2020 19:16 3555


"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır". "Yeni Sabah" xəbər verir ki, bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn "REAL TV"-yə açıqlamasında deyib. Baş direktor vətəndaşlar kütləvi yerlərdən uzaq olmağı tövsiyə edib: "Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir". Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!