İranın "Aftab News" saytı qərəzli iddia irəli sürüb. Azərbaycan prezidentinin İrandakı Azərbaycan səfirliyində baş verən hadisəni terror adlandırması İran rejimini qıcıaqlandırır. Görünür, rejim elə düşünürmüş ki, hadisə törədiləcək və Azərbaycan çəkinəcək, qorxacaq və susacaq. Prezident İlham Əliyevin “Biz təcili və şəffaf araşdırma tələb edirik”- tələbi isə rejimi dalana dirəyib.
“Ana Vətən” partiyasının sədr müavini Yalçın Hacızadə məsələni bizimyol.info xəbər portalına şərh edərkən bildirib ki, prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi haqqında dedikləri faktdır, videogörüntü və digər maddi sübutlarla təsdiq olunur. İran rəsmilərinin və mediasının görməzdən gəlməsi, faktları inkar etməsi riyakarlıqdır və hadisəni obyektiv araşdırmadıqlarını göstərir. İranın etdiyi “dəvəquşu” sindromudur. Dünyanın bir çox ölkəsinin, beynəlxalq təşkilatların hesabatlarında şər qüvvəsi, terroru dəstəkləyən, maliyyələşdirən ölkə kimi təsbit olunan İranın bu terror əməlinə də başqa don geyindirməyə çalışması fars-molla rejiminin mahiyyətindən qaynaqlanır.
“Azərbaycanın əlində olan faktlar konkret olaraq göstərir ki, səfirliyimizə qarşı olan terror hadisəsini rəsmi İran təşkil edib. Videogörüntülərdən bəlli olur ki, hadisə baş verən zaman İranın polis qüvvələri terrorçunun səfirlikdəki “işini” bitirməsi üçün həmin küçədə gözləyirlərmiş. Yəni həmin vaxt İran polisinin terrorçunu zərərsizləşdirmək üçün əlində kifayət qədər imkanları olduğu halda heç bir tədbir görməyib. Hadisədən sonra da fars mediası cinayətkarı “öz hüquqlarını qoruyan qəhrəman” kimi təqdim edib, TV kanallar tərəfindən müsahibə alınıb. Bütün bunların fonunda İranın obyektiv istintaq araşdırması aparması əvəzinə müxtəlif, cılız və gülünc "faktlar" irəli sürməsi, terrorçunu “psixi xəstəlik” adı ilə məsuliyyətdən yayındırmağa çalışmasını müşahidə edirik. Halbuki, müsahibə verən zaman terrorçuda psixi pozuntu sezilmir, tam əksinə sakit vəziyyətdə və belə əməllərin “ustası” olduğu açıq aydın görünür”-deyən politoloq bildirib ki, İran dövləti bu əməlin baş verməsinə görə bütün hallarda məsuliyyət daşıyır. Pepperoni pizza
"Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsinin 2-ci bəndinə əsasən – nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olumasının qarşısını almaq üçün lazımı tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Yəni İran həm Konvensiya ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib, səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyini təmin etməyib, həm də daha dəhşətlisi həmin terror əməlini özü təşkil edib.
Politoloqun fikrincə, ümumiyyətlə İran Azərbaycana həmişə düşmən gözü ilə baxıb. SSRİ-nin dağılması ilə müstəqilliyini qazanan Azərbaycanı qəbul edə bilmir. Ermənistanın torpaqlarımızı işğal etməsi, yeni müharibələrlə bizi təhdid etməsi İranı ruhlandırmışdı ki, Azərbaycan güclənə, inkişaf edə bilməyəcək və nəticədə müstəqilliyi daimi olmayacaq. Əlavə torpaq itkilərindən də çəkinərək Ermənistanla müharibədən qorxacaq. Bunlara görə İran müəyyən qədər rahat idi və iyrənc sifətini tam göstərmirdi.
İkinci Qarabağ müharibəsindəki zəfər, Türkiyə - Azərbaycan münasibətlərinin siyasi, iqtisadi və hərbi müstəvidə sürətlə inkişafı, Türk ölkələri arasında əlaqələrin daha da böyüməsi, gələcəyə doğru Türk birliyi planları, Cənubu Azərbaycandan müstəqillik arzularının səslənməsi molla rejimini çox narahat edir və qeyri-adekvat addımları ilə maşayiət olunur.
İrandakı molla rejimi artıq qürub dövrünü yaşayır. Bunu təkcə İranın daxilində aylardır davam edən etirazlar demir, eyni zamanda 59-cu dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransında yaşananlar da deməyə əsas verir. Münhen konfransında iştirakçıların tərkibi, keçirilən müzakirələr, səslənən fikirlər dünyanın siyasi mənzərəsinin formalaşmasına təsir edir və hansı istiqamətdə gedəcəyini bəlli edir. İlk dəfə olaraq Münhen Konfransına İran rəsmi şəkildə dəvət olunmayıb. Əvəzində isə İranın şah rejiminin varisi hesab edilən Reza Pəhləvi dəvət olunub. Pəhləvi tədbir iştirakçıları tərəfindən İranın molla rejiminə qarşı əsas müxalif kimi qeyd edilib. Bütün bunlar da Qərbin, əsasən də ABŞ-ın İrandakı molla rejimin dəyişilməsi işinə açıq şəkildə başladığını və seçimini Reza Pəhləvidən yana etdiyini göstərir”-deyən Y. Hacızadə qeyd eidb ki, bütün bu məsələlərin kökündə əsas səbəb kimi İran rejiminin apardığı daxili və xarici siyasət, beynəlxalq miqyasda terrora verdiyi dəstək durur.
Bizimyol.info
Telegram kanalımız