Murov aşırımında yük avtomobili aşdı,   xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Murov aşırımında yük avtomobili aşdı, xəsarət alan var

Hadisə

16 Fevral 2023 00:31 935


Murov aşırımında yük avtomobili aşıb, xəsarət alan var.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Pepperoni pizza

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, yük maşını aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb.

Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!