Musa Nağıyevin tikdiyi bina sökülür? - Xidmətdən cavab

saytların hazırlanması

Evə çatdırılma

Musa Nağıyevin tikdiyi bina sökülür? - Xidmətdən cavab

Mədəniyyət

13 İyul 2023 16:34 4562


"Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 11 ünvanında yerləşən 3146 inventar nömrəli memarlıq abidəsinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir".

Yenisabah.az APA-ya istinadla əbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən qurumun əməkdaşları əraziyə baxış keçirili və yayılan məlumatları təsdiq edən heç bir fakta rast gəlinməyiblər. pizza hut

“Eyni zamanda həmin tarixi abidədə yaşayan sakinlər də binanın sökülməsi ilə bağlı onlara hər hansı məlumatın verilmədiyini bildiriblər”.

Həmçinin vurğulanıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır:

“Abidələrin qorunması haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar”.

Qeyd edək ki, sosial şəbəkədə sözügedən tarixi memarlıq abidəsinin söküləcəyi ilə bağlı fikirlər müzakirə edilirdi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!