Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli vəzifəsindən istefa verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ə.Sadıqbəyli özü məlumat verib. O bildirib ki, istefası yaş həddinə görə qoyulan məhdudiyyətlə bağlıdır:
“Bu gün sonuncu dəfə mənim rəhbərliyimlə Müsavat Gənclər Təşkilatının tam heyətlə şura iclası baş tutdu. İstefamı şuraya təqdim etdim və Şura üzvləri də yekdilliklə təklifin lehinə səs verərək, məni istefaya göndərdilər. Pepperoni pizza
Növbəti konfransa qədər müsavatçı gənclərə bugünkü iclasda gizli səsvermə yolu ilə seçilmiş 5 nəfərdən ibarət Təşkilat Komitəsi rəhbərlik edəcək”.
Telegram kanalımız