Müsavat Partiyasının Divanı aprelin 7-də mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, aksiyanın “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşma azadlığı təmin edilsin”, “Azad seçki” və digər şüarlar altında keçirilməsi nəzərdə tutulur.
Mitinqlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət təqdim olunub. Marqarita pizza
Müraciətdə aksiya ilə bağlı 3 marşrut göstərilib:
1. “Azadalıq” metrostansiyasından “Dərnəgül” metrostansiyasınadək yürüş və burada mitinq.
2. Metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək yürüş və burada mitinq.
3. Metronun “Gənclik” stansiyasının çıxışı – T.Bəhrəmov adına stadionun qarşısındakı meydanda mitinq.
Telegram kanalımız