Müsavata yer ayırmaqdan imtina edən sahibkar kimdir? -   Yeni məlumat 

saytların hazırlanması

Evə çatdırılma

Müsavata yer ayırmaqdan imtina edən sahibkar kimdir? - Yeni məlumat 

İqtisadiyyat

08 Oktyabr 2019 11:17 1938


Müsavat Partiyasına qurultay üçün yer ayırmaqdan imtina edən “Büllur” Şadlıq Sarayının sahibi məlum olub. 

“Yeni Sabah” xəbər verir ki, sözügedən məkanın sahibi iş adamı eyni zamanda xeyriyyəçi olan Hacı İlham Hacıyevdir. O, “Büllur İlham” kimi də tanınır. Əslən şəkili olan Hacı İlham Hacıyev Şəki şəhərində fəaliyyət göstərən “Narın qala” İstirahət Mərkəzinin də sahibidir. 

O, həm də “Məktəbli və Tələbə-İaşə”ASC-nin Müşahidə Şurasının sədridir. Hər halda “Xalq” qəzetinin  31 oktyabr 2015-ci il tarixli sayında müəllif məqaləsi ilə çıxış edən Hacı İlham Hacıyev özünü belə təqdim edib.  pizza mizza

“Yeni Sabah” xatırladır ki, bundan əvvəl Büllur Şadlıq Sarayının sahibi kimi müğənni Ağadadaş Ağayevin adı çəkilirdi. Lakin müğənninin yaxınları əməkdaşımıza məlumatın doğru olmadığını bildirib. 

Məlumat üçün qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay üçün “Büllur” Şadlıq Sarayını təklif etmişdi. Lakin məkanın rəhbrəliyi Müsavata yer ayırmaqdan imtina edib.

 Yeri gəlmişkən, “Büllur” Şadlıq Sarayı artıq profilini dəyişib. İndi ora mərasim evi kimi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!