Müsavatdakı dəyişiklərin Avropadakı mühacirlərə təsirləri

saytların hazırlanması

Evə çatdırılma

Müsavatdakı dəyişiklərin Avropadakı mühacirlərə təsirləri

Siyasət

22 May 2024 12:15 4059


Müsavat Partiyasının qurultayında İsa Qəmbərin yenidən təşkilatın başqanı vəzifəsinə seçilməsi müsavatçılarda təşkilatın yenidən toparlanması, qarşıdan gələn parlament seçkilərində uğurla iştirak etmələrinə ümid yaradıb. Müsavatçıların əksəriyyətinin fikrincə, Arif Hacılının rəhbərlik etdiyi ötən 10 il ərzində partiyanın xarici əlaqələri güclənmiş, təşkilat bütün məsələlərdə milli mövqe nümayiş etdirmiş, lakin bəzi kənar təsirlərin nəticəsində hədəflərinə nail ola bilməyib.

Bu kənar təsirlərdən biri olaraq, Müsavat Partiyasının Avropadakı ən böyük gücü hesab olunan Almaniyada fəaliyyət göstərən “Müsavat Avropa Koordinasiya Mərkəzi”nin bəzi dönük üzvləri özlərinin cılız maraqları naminə daxili intriqalara səbəb olub. Bu da öz növbəsində, təşkilatın güclənməsinə və mühacirətdə olan etirazçı azərbaycanlıların birləşdirilməsinə mane olub. Məhz belə intriqalar onunla nəticələnib ki, Müsavatın öz ətrafında toplaya biləcəyi insanlar digər qruplara qoşulublar. Müsavatçılara məlumdur və artıq gizlətməyə də ehtiyac yoxdur ki, “Müsavat Avropa Koordinasiya Mərkəzi”ndə parçalanmaya səbəb olanların önündə Əhməd Dadaşov dayanır. Bu həmin Əhməd Dadaşovdur ki, qardaşları Cabbar İmanov, İlyas Dadaşov, Fuad Dadaşov və Valeh Dadaşov ilə birlikdə Müsavatın adından istifadə edərək illərdir “mühacir alveri” ilə məşğul olub. Hakimiyyətin əlinə bəhanə verib ki, Müsavatın ünvanına ittihamlar irəli sürsün. Bəli, səhv onda olub ki, bu söz-söhbətlər yaranmağa başlayanda gərək Əhməd Dadaşov və onun ətrafı partiyadan uzaqlaşdırılardı, lakin bu məsələnin həlli bir xeyli gecikdirildi. 

Ə. Dadaşov ilk gündən İlham Həsənin müsavatçılar arasında nüfuzdan salınması üçün əlindən gələni edib. Ə.Dadaşov tərəfindən pandemiyadan sonra İlham Həsənə qarşı toplantı təşkil olunmuş, lakin təxminən 20 müsavatçının iştirak etdiyi kiçik toplantıda belə, Əhməd səs çoxluğu qazana bilməmişdi. Ə.Dadaşov bəzi mühacir müsavatçıların səslərini qazanmaq üçün guya Azərbaycana və Türkiyəyə getdikləri üçün onları alman hökumətinə şikayət etməklə də təhdid etmişdi. Hər zaman barışdırıcı mövqe tutmuş İ.Həsən təşkilatda qarşıdurmaları durdurmaq üçün Ə.Dadaşova nəzarət təftiş komitəsinin sədri vəzifəsini həvalə etmişdir. Əhməd bu jesti də qiymətləndirməyi bacarmamışdı.  pizza sifarişi

İ.Həsəndən sonra 2023-cü ilin iyul ayında “Müsavat AKM”-ə sədr seçilmiş Nurlan Əliyevin də ayağını qazmaq üçün Ə.Dadaşov bütün vasitələrdən istifadə edir. Ə.Dadaşova yaxın olan şəxslər onun təkidi ilə seçki nəticəsini tanımamışdı. Növbəti toplantı zamanı Ə.Dadaşov ümumilikdə 7 nəfərin qatıldığı səsvermədə öz “adamı” Akif Nağıyevi təşkilatın idarə heyətinin “sədri seçdirmişdir”. Ə.Dadaşovun saxtakarlığı Arif Hacılı tərəfindən də qurumu parçalamağa cəhd kimi qiymətləndirilmiş və Ə.Dadaşov partiyadan qovulmuşdu. Daha sonra təşkilatın üzvləri 2023-cü ilin oktyabr ayında seçki keçirərək Nurlan Əliyevin yenidən “Müsavat AKM”-ə rəhbər seçilməsini təsdiqləmişlər.

Ə.Dadaşov özünün kiçik ətrafı ilə “Mühacir Müsavatçılar” adlı yeni təşkilat yaratmaqla xaricdə məskunlaşmış müsavatçıları parçalamaq cəhdlərini davam etdirir. Hazırda Ə.Dadaşovun rəhbərlik etdiyi mühacir alverçilərindən ibarət qruplaşmada Akif Nağıyev, Əbülfəz Sadıqov, Kəmalə İbrahimova, Emin Məmmədov, Hekayət Mirzəyev, Qorxmaz Beydullayev, Xeyrulla Balaxanılı və Əli Quliyev kimi dələduzlar yer alırlar. Ə.Dadaşov təşkilatın Almaniyanın Rheinland-Pfalz və Hessen əyalətlərində bir nəfərin təmsil olunduğu “nümayəndəlik”lərini təsis edərək nə qədər gülünc səslənsə də aktiv fəaliyyət görüntüsü yaratmağa çalışır. Qeyd olunan dəstə üzvləri bir neçə gün öncə Azərbaycana düşmən kəsilmiş, ermənilərin lobbiçiliyini edən alman deputat Frank Şvabe ilə görüş keçirərək Azərbaycan dövlətçiliyinə qarşı sövdələşməyə getməkdən belə qaçınmayıblar. Bu zəmində, dostlarımız bir nüansı unudublar, axı onlar belə görüşləri keçirmək üçün nə ingilis, nə də alman dili biliklərinə malikdirlər.

İndi hörmətli İsa Qəmbərin qarşısında duran məsələlərdən biri də “Müsavat AKM” təşkilatının yenidən siyasi səhnəyə qaytarılmasına dəstəyini artırmaq və Ə.Dadaşovun dəstəsinin Müsavat adından istifadə etməsinin qarşısını almaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!