Müsavatdan seçki açıqlaması 

saytların hazırlanması

Evə çatdırılma

Müsavatdan seçki açıqlaması 

Siyasət

07 Dekabr 2023 14:52 668


Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-də keçirilməsi nəzərdə tutulub. 

Qərar ilə bağlı “Yeni Sabah”a danışan Müsavat Partiyasının başqanı Arif Hacılı bu seçkilərdə iştirak edib-etməyəcəyi haqda sualı cavablandırıb:

“İstər prezident seçkisi, istərsə, parlament seçkisi yalnız o vaxt növbədənkənar təyin olunur ki, ölkədə hər hansı ciddi siyasi böhran şəraiti yaransın. Yaranmış siyasi gərginliyi, böhran şəraitini aradan qaldırmaq məqsədilə növbədənkənar seçkilər təyin olunur. Marqarita pizza

Hazırda görünən hər hansı siyasi böhran mövcud  deyil. Ona görə də prezident seçkilərinin növbədənkənar təyin olunmasının səbəbləri hələlik aydın deyil. Yəqin ki, hakimiyyət yaxın günlərdə bu seçkiləri təyin etməsinin səbəblərini cəmiyyətə izah edəcək. Şəxsən mənə növbədən kənar prezident seçkilərinin təyin olunmasının səbəbi məlum deyil.

Qərar yeni qəbul olunub və bu məsələlər ətrafında bizim partiyada da müzakirələr aparılacaq”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!