Müsəlman Şərqinə ilklər gətirən cümhuriyyətimiz

saytların hazırlanması

Evə çatdırılma

Müsəlman Şərqinə ilklər gətirən cümhuriyyətimiz

Siyasət

23 May 2024 16:08 529


1918-ci ilin 28 may günü, Azərbaycanın dövlətçilik tarixində heç vaxt yaddaşlardan silinməyəcək hadisəyə şahidlik etdi. Müsəlman şərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin təməlləri atıldı. 

Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında bir qrup Azərbaycan ziyalı və diplomatı tərəfindən yaradılan cümhuriyyət ilk dəfə rəsmən Tiflisdə elan edilib. İlk paytaxtı Gəncə şəhəri olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin sentyabr ayının 15-də, Bakı erməni-daşnak qüvvələrindən azad edildikdən sonra yeni paytaxtına qovuşur. 

Cəmi 23 ay ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan tarixində müstəsna addımlar və yeniliklər edən cümhuriyyət, 71 illik sovet dövründən sonra dövlətçiliyin yenidən dirçəlməsi üçün əsas mənbə rolunu oynayıb. Üçrəngli Azərbaycan bayrağının, gerbinin, himninin, əlifbasının və ilk ali təhsil müəssisəsinin (BDU) yarandığı dövr olan cümhuriyyət dövrü, bu gün belə tarixçilər dərindən araşdırılan mövzuların başında gəlir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təkcə Azərbaycan türkləri üçün deyil, bütün dünyada yaşayan türkdilli xalqlar üçün vacib əhəmiyyətə malikdir. AXC faktiki olaraq, həm də tarixdə yaradılmış ilk türk cümhuriyyətidir.  Sezar pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan deputat və tarixçi-professor Musa Qasımlı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Azərbaycan xalqının dövlətçilik, milli təşəkkül və mədəni inkişaf istiqamətində olduqca mötəbər bir hadisədir:

“1918-ci il mayın 28-də Azərbaycan xalqı dövlət müstəqilliyini, respublika formasında elan etdi. Buna qədər də müxtəlif dövrlərdə Azərbaycan xalqının bir çox dövlətləri olmuşdu. Amma cümhuriyyətin qurulması ilə xalqımız müsəlman Şərqinə respublika idarə-üsulunu, məfkurəsini gətirdi. 1918-20-ci illər tariximizin 3 böyük hadisəsi, özündən sonrakı bütün Azərbaycan tarixinə təsir göstərdi. Birincisi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi. O cümhuriyyət qurulmasaydı, Azərbaycan Sovet Sosialist Respublikası olmayacaqdı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi məhz Azərbaycan SSR ərazisində, coğrafiyasında bərpa edildi. Respublika məhkurəsini müsəlman xalqları arasına ilk gətirən Azərbaycan xalqıdır. Cümhuriyyət tariximizin millətimizin gələcəyinə təsir edən ikinci böyük hadisəsi  1918-ci ilin 15 sentyabrında Nuru Paşa komandanlğında Azərbaycan və Türkiyə hərbçilərindən ibarət yaradılmış Qafqaz İslam ordusunun Bakı şəhərini erməni-daşnaklardan azad etməsidir. Bakı Azərbaycanın təbii, tarixi paytaxtı oldu. Bu da millətimizin sonrakı bütün tarixinə təsir göstərən amil idi. Cümhuriyyət dövrümüzün üçüncü böyük hadisəsi 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin Parisdən dövlət müstəqilliyinin de-fakto tanınmasıdır”.

Deputat bu il cümhuriyyətin il dönümünün ötən illərdən tamamilə fərqli şəkildə qeyd ediləcəyini qeyd edib. Musa Qasımlı müstəqillik dövründən bəri ilk dəfə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin hakim olduğunu diqqətə çatdırıb:

“Bu il biz cümhuriyyətimizin il dönümünü tamamilə fərqli bir əhval-ruhiyyədə qeyd edirik. İlk dəfə olaraq, 1991-ci ildən bəri cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bütün dövlət sərhədlərinə nəzarəti bərqərar edib, ölkəmizin bütün ərazisində dövlət suverenliyi hakimdir. Xankəndidə bayrağımız ucalır. Hesab edirəm ki, cümhuriyyət xadimlərinin arzu və istəklərini bu gün dövlətimiz həyata keçirib. Cümhuriyyət qurucuları sağ qalsaydılar, cənab prezidentimiz İlham Əliyevlə fəxr edərdilər. Azərbaycan heç bir zaman indiki gücündə və qüdrətində olmayıb. Bu məsələdə dövlət başçımızın şəxsiyyəti amili müstəsna rol oynayıb. İndi Azərbaycan qarşısında yeni üfüqlər açılıb. Başlıca məqsəd işğaldan azad edilmiş əraziləri dirçəltmək, bərpa etmək, vətəndaşları ev-eşiklərinə qaytarmaq, işğaldan azad edilmiş ərazilərimizə elm və mədəniyyətimizi gətirməkdir. Azərbaycan dövlətinin gözəl gələcəyi var və bizi bu günki günlərə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab prezidentimiz İlham Əliyev tərəfindən yeni şəraitə uyğun olaraq uğurla yürüdülən siyasət gətirib. Bu siyasətin alternativi yoxdur”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!