Müşfiq Abbasov təcili yardımdan şikayət etdi

Müşfiq Abbasov təcili yardımdan şikayət etdi

Şou Veb saytların hazırlanması

04 İyun 2023 19:40 992


“Bu Şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov təcili yardımı tənqid edib.

Yenisabah.az xəbər verir ki, prodüser bu barədə sosial şəbəkədə yazıb. O, xəsarət alan dostu üçün 103-ə zəng edildiyini, lakin yardımın çağırışa gəlmədiyini bildirib:

"Dənizkənarı Milli Parkda dostum yıxıldığına görə çiyni sındı. Təcili yardıma zəng etdikdən sonra 40 dəqiqə gözlədi, amma heç kim gəlmədi. Sonra xəstəxanaya taksi ilə apardılar. Hadisədən bir neçə sutkadan çox vaxt keçib və indiyə kimi təcili yardımdan zəng yoxdur. Hörmətli (103) təcili yardım, and verirəm sizi Hippokratın goruna, gəlməyin, pasient artıq evdədir.

Allah heç kimin (təcili yardımda işləyənlərin də) işini xəstəxanaya, təcili yardıma salmasın. Nə yaxşı ki, qınadığımız, gileyləndiyimiz "Prius" taksilər var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!