Müşfiq Ələsgərli: “Yeyin, için, qazanın, amma belə mövzulara girişməyin”

saytların hazırlanması

Evə çatdırılma

Müşfiq Ələsgərli: “Yeyin, için, qazanın, amma belə mövzulara girişməyin”

Maraqlı

09 İyun 2021 15:55 1225


"44 günlük Vətən Müharibəsi zamanı və Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin işi kontekstində beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının fəaliyyəti gözə dəymədi".

Yenisabah.az xəbər verir ki, bunu Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Müsavat TV-də bildirib.

O, milli məsələlərlə bağlı TV-lərə ekspert qismində çağrılan şəxslərin xüsusi seçilməli olduğunu bildirib: pizza

“Gəlin, televiziyaların efirə baxaq. Mən kiminsə verilişlərə çıxmasına, çıxış etməsinə qarşı deyiləm. Amma bu bir mənəviyyat mıəsələsidir, heç olmasa milli məsələlərdə, taleyimizlə bağlı olan məslələrdə manipulyasiyaya yol verməyək. Dünən telekanallardan birində proqrama baxıram, adamı çağırıblar efirə düz bir saat danışdı o bir saat ərzində nə statistika səsləndirdi, nə fakt, nə də hansısa beynəlxalq təşkilatın adını çəkdi. Çünki məsələni bilmir, digər tərəfdən də məcbur edirlər ki, danışsın. Aparıcı da əziyyət çəkdi. Ona görə bu tip mövzularda elə adamlar çağırılmasın. Mən ümumi şəkildə müraciət edirəm, o qədər özünü rekalam eləməli mövzular var ki, gedin, yeyin, için, qazanın, amma belə mövzulara girişməyin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!