“Musiqi savadı yoxdur, ağzına gələni oxuyur“   - Xalq artistindən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Musiqi savadı yoxdur, ağzına gələni oxuyur“ - Xalq artistindən etiraz

Mədəniyyət

14 Aprel 2022 15:36 1335


Son günlər “AynaBand” qrupunun Yalçın Rzazadənin ifasında məşhurlaşan “Yoxmuş etibarın” mahnısını özünəməxsus tərzdə oxuması müzakirələrə səbəb oldu.

Mərhum sənətçinin oğlu Mətin Rzazadə buna sərt şəkildə etiraz edərək, mahnını oxumazdan əvvəl icazə almadıqları üçün qrup üzvlərini məhkəmə ilə hədələdi. 

Mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Azərbaycan estradasında rokun ilk ifaçılarından biri olan Xalq artisti Mübariz Tağıyev mahnıya yalnız bəstəkarın hər hansı qadağa qoya biləcəyini deyib: Pepperoni pizza

“Mən bir dəfə də demişdim ki, mahnının oxunmasına icazə verib-verməmək söhbətini yalnız bəstəkar edə bilər. Mahnı efirə çıxdısa, xalqınkıdır. Bundan imtina etmək olmaz”.

Amma bir baxın görün bu gün necə mahnılar alınır, bəzən mahnınıları elə günə salırlar ki… Mahnı hansı dövrdə yazılıbsa, o dövrün ab-havasına uyğunlaşır. Bu gün görürsən ki, hər hansı vətənpərvər mahnını remiks edirlər, müxtəlif formalarda aranjeman edib bərbad vəziyyətə salırlar. Mən bunun əleyhinəyəm. Amma bir mahnını yaxşı, peşəkar səviyyədə hər hansı qrup oxuyursa, mən buna sevinirəm. Elə olur ki, gənclərin ifasını daha çox bəyənirəm, açıq şəkildə deyirəm ki, “Əladır! Hətta məndən də yaxşı oxumusan”. Gənc ifaçıların yanında musiqi savadı olmayan biri olmursa, özbaşlarına nə isə yaratmağa çalışırlarsa, bu artıq faciədir. Kimin ağzına, beyninə nə gəldi, bisavad şəkildə oxumasının tam əleyhinəyəm”.

Sənətçi qeyd edib ki, rok musiqimizə yenidən can verməli, onu diriltməliyik:

“Elə dünən dünya rok günü idi. Bu musiqi növünü bir çoxları hay-küylü aləm kimi tanıyırlar. Lakin belə deyil, bu janrın incəliyi də, lirikası da var. Rokun qolları çoxdur, eynilə muğam kimidir. Ümumiyyətlə, ağır rok Şərq aləmi üçün deyil, bu bizdə alınan deyil. Klassik rok isə normaldır, bu istiqamətdə bir çox mahnılar yazılıb, sevilib. Rokun da öz qaydaları var, onu düzgün ifa etsələr, aranjemanı düzgün olsa, mahnıda bir azərbaycançılıq hiss olunarsa, bu normaldır. Türk qardaşlarımız bu anlayışa 80-ci illərin sonundan başladılar, 90-cı illərin ortasında orada artıq 6  rok qrup var idi. Heç biri də öz çərçivəsindən çıxmırdı, öz ladlarında ifa edirdilər. Yəni dediyim odur ki, bu gün bizdə də gənclər bu çərçivədən çıxmayaraq roku yaşatsınlar. Azərbaycanda 60-70-ci illərdə 7-8 rok qrup olub. Onların içində yüksək səviyyədə ifaları olan qruplar da olub. Vaxtında dəb idi, heç bir qadağa da yox idi. Mənə elə gəlir ki, bu gün də bu cərəyanın qarşısını almaq olmaz. Gənclər axtarışdadırlarsa, qoy olsunlar. Mən istəyirəm ki, Azərbaycan klassik roku bütün dünyada tanınsın, yüksək səviyyədə ifa olunsun. Azərbaycanda RNB istiqamətində də, klassik rok da, hətta yeri gəlsə hard rok da ola bilər, yetər ki, bunlar düzgün ifa olunsun. Bunlar niyə olmasın ki? Qoy gənclər milli alətlərdən də öz ifalarında istifadə etsinlər, yeniliklər sınasınlar”.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!