Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Muskok bəyanatından 10 il ötür.
Yenisabah.az xatırladır ki, 26 iyun 2010-cu ildə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatında ondan bir əvvəl açıqlanan Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə dair Madrid prinsipləri öz təsdiqini tapıb.
Madrid prinsiplərində əks olunan və Muskok bəyanatında öz təsdiqini tapan müddəalar münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməsi zərurətini ortaya qoyub. Problemin, ilk növbədə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında yerləşən rayonların erməni işğalından azad edilməsi, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi və sonrakı mərhələdə onun hüquqi statusunun əhalinin iradəsinin ifadəsi əsasında müəyyənləşdirilməsi, qaçqınlar və məcburi köçkünlərin doğma yerlərinə qayıtması yolu ilə tənzimlənməsi məqsədəuyğun sayılıb. pizza hut
Lakin Muskok bəyanatı və Madrid prinsiplərini təsdiq edən digər beynəlxalq sənədlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan Azərbaycanın işğal altında olan ərazilərindən öz silahlı qüvvələrini çıxarmaqdan imtina edərək Minsk qrupu həmsədrlərinin təklif etdikləri sülh planını faktik olaraq rədd edbi. Nəticədə münaqişənin tənzimlənmə prosesi dalana dirənib.
Ermənistan Baş naziri Paşinyanın avantürist bəyanatları, separatçı rejimin təxribat xarakterli addımlarına açıq dəstək verməsi İrəvanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığına yaxşı nümunədir.
Münaqişənin sülh yolla həll edilməsi perspektivi tükəndikcə isə Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi naminə istənilən üsullara əl atmağa hazır olduğunu nümayiş etdirir.
Telegram kanalımız