Mustafa Abbasbəyli vəzifəsindən azad edilib?   - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Mustafa Abbasbəyli vəzifəsindən azad edilib? - RƏSMİ AÇIQLAMA

Siyasət

24 Yanvar 2026 14:58 11608


Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin işdən çıxarıldığı iddia olunur.

"Yeni Sabah" xəbər verir ki, iddiaya görə, mədəniyyət naziri Adil Kərimli qurumun Aparat rəhbəri Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq isə məlumat təkzib olunub. pizza mizza

"Belə bir əmr yoxdur", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, M.Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!