Mütəllibovdan Mehriban Əliyevaya təşəkkür

saytların hazırlanması

Evə çatdırılma

Mütəllibovdan Mehriban Əliyevaya təşəkkür

Siyasət

13 İyul 2019 00:05 1003


Ötən günlərdə müstəqil Azərbaycan Respublikasının ilk prezidenti olmuş Ayaz Mütəllibovun xanımı Ədilə Mütəllibova haqq dünyasına qovuşdu. Dəfn mərasimində həyat yoldaşıyla ağlayaraq vidalaşan sabiq prezidentin təsirli fotosu sosial şəbəkələrdə xeyli paylaşıma səbəb oldu.

Qeyd edək ki, Ədilə Mütəllibovanın yas mərasiminin bütün xərclərini Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Həyat yoldaşını itirən eks-prezident Ayaz Mütəllibov  Modern.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etmədiyini bildirib: Marqarita pizza

“Nə deyim, hazırda mənim üçün çox ağırdır həyat yoldaşım haqqında danışmaq. Yəqin ki, bir az keçəndən sonra, irəli zamanlarda danışa bilərəm. Mehriban xanıma belə bir addım atdığı üçün sizin vasitənizlə minnətdarlığımı bildirirəm". 

Eks-prezident hazırda övladları və nəvələrinin əhatəsində yaşadığını bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!