“Müxalifət liderinin başqa ərləri var“ - Lukaşenko

saytların hazırlanması

Evə çatdırılma

“Müxalifət liderinin başqa ərləri var“ - Lukaşenko

Dünya

03 Dekabr 2021 15:41 773


“Müxaliflər Qərbin pulu üçün öz içində dava salır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya Seqodnya” xəbər agentliyinin baş direktoru Dmitri Kiselevə müsahibəində bildirib.

Prezident Belarus müxalifətinin aparıcı siması Yuliya Tixanovskayaya haqqında olan suallara cavab verərkən deyib: “O, Belarusa gəlmək istəmir. Vəziyyəti çox yaxşıdır. Niyə gəlsin ki?” pizza mizza

"Bəs, əri burada həbsdən çıxsa, onda necə?"

“Onun orada başqa ərləri var”.

“Polşa-Belarus sərhədində, meşədə adı açıqlanmayan məzarlar okeanı var. Bu insanları kim basdırır? Səlahiyyətlilər deyil. Orada fövqəladə vəziyyət elan olunub, heç kimin içəri girməsinə icazə verilmir.

Barəmdə nə düşündükləri məni ümumiyyətlə, maraqlandırmır. Mən Belarus prezidentiyəm. Məni Rusiyada, Çində, Hindistanda, Türkiyədə, keçmiş sovet ölkələrində dövlət başçısı kimi tanıyıblar və təbrik ediblər”, - deyə Lukaşenko vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!