Muxtar Babayev vətəndaşları dinlədi

saytların hazırlanması

Evə çatdırılma

Muxtar Babayev vətəndaşları dinlədi

Sosial

30 Mart 2019 16:50 1204


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Ekologiya və Təbii Sərvətlər naziri Ağsu  şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağsu, Ucar, Kürdəmir, Şamaxı, Qobustan və Göyçay  rayonlarının vətəndaşlarını qəbul edib. 

"Yeni Sabah" xəbər verir ki, Qəbuldan əvvəl nazir Muxtar Babayev və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı  Ənvər Seyidəliyev  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. pizza mizza

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!