Müzəffər Ordu və öz vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan

saytların hazırlanması

Evə çatdırılma

Müzəffər Ordu və öz vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan

Maraqlı

28 Sentyabr 2021 09:19 850


27 sentyabr “Anım Günü”...

Ötən günləri yada salasaq, Cənab Prezident qələbəmizi elan etmək üçün Şəhidlər Xiyabanından xalqa müraciyət etmişdir. O, dövürdə mən müharibədə zabit olaraq xidmət edirdim. 2003-cü ildə daha dinamik və strateji ordu quruculuğu müasir texnika və hərbi təlimlər əks-hücüm əməliyyatları zamanı Azərbaycan gəncliyinin və insan resurslarının qorunmasına istiqamətləndirilmişdir. Bu istiqamətlər iqtisadi bağlar ilə beynəlxalq sahədə də ikinci cəbhəni açmışdır. Bu cəbhə Azərbaycana qarşı olan nifrəti yaratmış erməni və onların havadarlarına necə bir xalq və dövlət olduğunu göstərmişdir. Digər bir diqqəti çəkən məqam bu müharibənin dövlətçilik baxımından, milli ləyaqətimizi özümüzə qaytarıb. 

Bu qələbə təkcə bir terror dövlətinin üzərində əldə etdiyimiz qələbə deyildi. Bu xeyirin şərin üzərində olan qələbəsi idi. Bu iki qütbün, ikili standartların. bizə qarşı tətbiq edilən sanksiyaların külə sovrulduğu müzəffər qələbə idi. İkinci Qarabağ Müharibəsi Azərbaycan xalqının yaddaşlarından silinməyəcək. Cənab Prezidentin daha sonra “Biz öz tarixi missiyamızı yerinə yetirdik" ifadəsi bizdən öncə baş verən savaşların davamı olaraq milli mübarizəmizin bir addım geri çəkilmədən qələbəyə doğru, düşmənin isə qaçması haqlı olmağımızın sübütü idi. Biz bütün dünyaya Azərbaycan xalqının böyük xalq olduğunu sübut etdik. 44 gün ərzində 300-dən çox şəhər, kənd və qəsəbə azad olunub. 110-dan çox yaşayış məntəqəsi şəhid verməyərək güllə atmayaraq işğaldan azad edildi.  Toyuqlu pizza

Cənab Prezidentin öz çıxışında ən əsas məqam Türkiyə və Azərbaycan dövlətləri arasında, eləcə də Ali Baş Komandanın təbirincə desək “Qardaş ölkənin siyasi və mənəvi dəstəyinə görə mənim əziz qardaşım Rəcəb Tayib Ərdoğana onun simasında türk xalqına təşəkkür edirəm.” Çox təqdirəlayiqdir. Hal-hazırda aparılan hərbi təlimlər bu qardaşlığın davamlı olmasının bariz nümunəsidir. Şuşa bəyamnaməsi, onun ardınca Bakı bəyamnaməsi bu torpaqlarda əbədi sülhə gətirəcək. Cənab prezident çıxışının sonuda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərini yenidən xatırlayaraq, onların qisası alınması üçün verdiyi sözə əməl etdiyini ifadə etdi. 

Bu qələbəmiz şimşəkli, ildırımlı çovğundan sonra parlayan göy qurşağı və bu rənglərin fonunda tarixi qələbəmizin rəngarəngliyidir. Bu rənglər Xalq birliyi, Ordu gücü, Dəmir İradə, Dəmir yumruğun imzasıdır.

Çıxışın Sonunda Cənab Prezident sankı bir neçə saniyə bütün şəhidləri ruhən hiss edərək qəhərləndi. Onu bu qəhərdən ayıran. “Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır !” ifadəsi ilə Milli ruh ilə bitirməsi hər birimizin yaddaşında qalacaq. 

Elmar Hüseyn,

Vətən Müharibəsi işrakçısı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!