Nabranda bu həftəsonu rekord sayda turist olub   - Şok rəqəm

saytların hazırlanması

Evə çatdırılma

Nabranda bu həftəsonu rekord sayda turist olub - Şok rəqəm

Rəsmi

15 İyun 2020 18:27 995


İyunun 14-ü saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq edilib.

Yenisabah.az xəbər verir ki, sərt karantindən öncə digər şəhər və rayon qeydiyyatında olanların əksəriyyəti turizm məkanlarına üz tutublar.

Bu həftəsonu isə Nabrana rekord sayda turist səfər edib. Sezar pizza

Xaçmaz ŞİH-nin Nabran İƏD üzrə nümayəndəsi Nəzakət İskəndərova Qazet.az-a açıqlamasında bildirib ki, həftəsonu Nabrana 5 mindən çox qonaq gəlib.

“Turistlər gəlirlər. Bu həftəsonu say artıb. İstirahət mərkəzləri qaydalara əməl edərək fəaliyyət göstərirlər. Hotellərdə maskadan istifadə məcburidir. Girişdə hərarət ölçülür və spirtdən istifadə edilir”, – deyə Nəzakət İskəndərova qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!