Nabrandakı dəhşətli qətllə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nabrandakı dəhşətli qətllə bağlı açıqlama

Kriminal

16 Avqust 2019 16:19 1165


Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

“Yeni Sabah” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 15-də Xaçmaz rayonunun Nabran qəsəbəsinə bitişik Dalğalı kəndi ərazisində Bakı şəhər sakini Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində həmin gün qeyd edilən kəndin ərazisində T.İbrahimovla Nabran qəsəbə sakini T.Mürsəlov arasında münaqişə baş verməsi və sonuncunun daşla onu vurub qətlə yetirməsi müəyyən edilibr. Toyuqlu pizza

Qəsdən adam öldürməkdə şübhəli bilinən T.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!