Naftalanda 40 yaşlı kişi küçədə sevgilisini qucaqladı, məhkəməlik oldu

saytların hazırlanması

Evə çatdırılma

Naftalanda 40 yaşlı kişi küçədə sevgilisini qucaqladı, məhkəməlik oldu

Kriminal

17 İyul 2025 08:38 541


Naftalanda 40 yaşlı kişi küçədə sevgilisini qucaqladığı üçün məhkəməyə verilib.

Hadisə şəhərin İslam Həsənzadə küçəsində yerləşən "İnşaat malları"mağazasının qarşısında baş verib.

1985-ci il təvəllüdlü İlham Əlləzov (ad və soyad şərtidir) avtomobili ilə hərəkətdə olarkən yolun kənarında keçmiş sevgilisi Güneli görür. O, avtomobilindən düşüb Günelin yanına gedir və onu qucaqlayıb barışmaq istəyir. Bu məqsədlə sevgilisini qucaqlayıb maşına tərəf gətirmək istəyərkən, Günel ona müqavimət göstərir. Sevgilisini maşına mindirmək istəyən İlhamla Günel arasında mübahisə yaranır və Günel yüngül xəsarət alır. Toyuqlu pizza

Hadisə yerinə polis əməkdaşları gəlib və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyi üçün işə xitam verilib.//Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!