Naftalanda yol qəzası:   Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Naftalanda yol qəzası: Xəsarət alanlar var

Hadisə

05 Fevral 2023 17:49 1246


Naftalanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə Naftalan şəhər mərkəzi küçələrinin birində qeydə alınıb.

Hərəkətdə olan iki VAZ markalı minik maşınları toqquşub. Pepperoni pizza

Qəza zamanı 1982-ci il təvəllüdlü Günel Mehdiyeva,1978-ci il təvəllüdlü Səməd Muradov, 1946-ci il təvəllüdlü Nigar İmanova,1970-ci il təvəllüdlü Gülnarə Nəsibova və 1990-cı il təvəllüdlü Minarə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!