Namibiya Prezidenti vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Namibiya Prezidenti vəfat etdi

Dünya

04 Fevral 2024 08:09 616


Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun yanında həyat yoldaşı və uşaqları olub.

Namibiya prezidentinin ofisi vurğulayıb ki, həkimlər qrupu prezidentin sağalmasını təmin etmək üçün əlindən gələni edib, lakin mütəxəssislərin bütün səylərinə baxmayaraq ölkə başçısı dünyasını dəyişib. Marqarita pizza

Namibiyanın vitse-prezidenti, hazırda isə dövlət başçısı vəzifəsini icra edən Nangolo Mbubanın imzaladığı nekroloqda deyilir: “Xalq görkəmli xidmətçisini, azadlıq mübarizəsinin simvolunu, konstitusiyamızın baş memarını və Namibiya evinin sütununu itirdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!