“Bu günlərdə vətən xaini Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olundu. Xalqımız onun qolu qandallı həbsxanaya aparılmasını görmək istəyir. Lakin onun bu görüntüləri yayımlanmayıb. Əminəm ki, o, Azərbaycana etdiyi xəyanətə görə öz layiqli cəzasını alacaq”.
Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib. Xaricdə olub söyüş söyənlər haqqında danışan Q.Həsənquliyev bildirib ki, namuslu kişi söyüş söyməz.
“Çünki bilir ki, söyüşün on qatı ona qayıdacaq”. Q. Həsənquliyev çıxışı zamanı tikinti şirkətlərinin bir mənzili çoxlu sayda insanlara satılması məsələsinə də toxunub. pizza
Qeyd edib ki, tikinti şirkətlərinə notariat qaydada rəsmiləşdirmədən ev satmaq qadağa edilməlidir.
Modern.az
Telegram kanalımız