Nar möcüzəsi: xərçəngdən tutmuş sızanağa kimi...

Nar möcüzəsi: xərçəngdən tutmuş sızanağa kimi...

Sağlamlıq Saytların hazırlanması

08 Noyabr 2022 20:43 15854


Payız aylarının ən sevilən meyvələrindən biri olan nar sağlam həyat sürmək və xəstəliklərin qarşısını almaq üçün mütləq istifadə edilməlidir.

Yenisabah.az nar suyunun faydalarını təqdim edir:

1. Nar şirəsi xərçəng hüceyrələrinin bədənə yayılmasının qarşısını alır. Xüsusilə kişilərdə prostat xərçənginə, qadınlarda isə döş xərçənginə qarşı içməli olduğunuz ən təsirli içkidir. Antioksidant xüsusiyyəti sayəsində zərərli maddələri bədəninizə yaxın buraxmır.

2. Bədəninizi hər cür bakteriyadan təmizləyir. Qaraciyər detoksu etmək istədiyiniz zaman nar şirəsi sizin üçün dəstəkçi olacaq. Qaraciyər yağlanmasına qarşı təsirlidir. 

3. Qan axınınızı sürətləndirdiyi üçün qanınızda dövran edən zərərli maddələrin xaric olmasını da təmin edir.

4. Nar şirəsi yüksək təzyiq və böyrək daşından şikayətlənənlərə də faydalıdır.

5. Nar suyu bədənimizdən mikrobları  uzaqlaşdırdığı kimi, ruhunuzdakı gərginliyi də aradan qaldırmağa kömək edir. Belə ki, stress və yuxu rejimi pozulduqda nar suyu köməyinizə çata bilər.

6. Ürək və damar sağlamlığınızı qoruyur. Gündə 1 stəkan nar şirəsi aterosklerozun qarşısını almaq üçün olduqca faydalıdır. 

7. Nar şirəsinin tərkibində azot oksidi var. Bu xüsusiyyəti ilə əzələlərinizi rahatlaşdıraraq yorğunluğunuzu aradan qaldırır.

8. Müntəzəm olaraq nar suyu içmək beyin sağlamlığımızı qoruyur. Alzeimer kimi xəstəliklərin qarşısını almaq üçün  gündəlik nar şirəsi içmək tövsiyə olunur. 

9. Qarın ağrısı və qusma kimi hallarda mədəni rahatladır və ishalda təsirlidir.

10. Üzdə sızanaq və qara nöqtələrin yaranmasının qarşısını alır.

Faydalarını saydığımız nar suyu kalori baxımından da yüksək deyil. Belə ki, 1 stəkan nar şirəsində təxmini 106 kalori var. Eyni zamanda, nar şirəsi qida dəyəri yüksək olan içkidir. Gün ərzində ehtiyacınız olan kaliumu məhz nar şirəsilə qarşılaya bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!