“Nar” növbəti mağazasını paytaxtın Binə qəsəbəsində təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, yeni konseptə uyğun ekspress tipli mağaza Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə 9 ünvanında yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilən dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəri yönümlülük dəyərlərinə sadiq qalan “Nar”, mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı da daxil olmaqla, diler əməkdaşları tərəfindən bütün növ abunəçi xidməti göstərir.
Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, aprelin 15-nə kimi mağazadan nömrə alan müştərilərə “Nar” tərəfindən müxtəlif hədiyyələr və ikinci nömrə veriləcək. Sezar pizza
Telegram kanalımız