Nardaran sakinindən silah aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Nardaran sakinindən silah aşkar edildi

Kriminal

02 Aprel 2019 17:01 1265


Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticəsində Nardaran qəsəbəsi sakini Taleh Xudaverdiyev saxlanılıb. 

DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman torpağa basdırılmış 1 ədəd “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə  dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib.  Dördpendirli pizza

Faktla bağlı T.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!