Narkoloji Mərkəzdəki yanğına görə növbəti məhkəmə

saytların hazırlanması

Evə çatdırılma

Narkoloji Mərkəzdəki yanğına görə növbəti məhkəmə

Kriminal

22 İyul 2019 15:29 1103


Bakı Apelyasiya Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğın hadisəsinə görə təqsirli bilinən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" "Report"a istinadən bildirir ki, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. Dördpendirli pizza

Hadisə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, mərkəzin işçisi Mahir Abdullayev 3 il 6 ay, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib. M.Məmmədovun həkimi, mərkəzin şöbə müdiri Afət Məmmədovaya isə 5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!