Narkoşəbəkə üzvləri tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Narkoşəbəkə üzvləri tutuldu

Kriminal

28 İyun 2019 12:57 1202


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri ifşa ediliblər.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Ağcəbədi rayonu ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakinləri Sabir Məmmədov və Röyal Qaraşov narkotik vasitə olan heroin satmaq istəyən zaman saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə yüksək psixotrop təsirə malik narkotik vasitə 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb.  Hər iki şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqlarını etiraf edib. 

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sezar pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!