Narkotik becərən dostlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik becərən dostlar saxlanıldı

Kriminal

29 İyul 2019 14:04 1285


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, əkini ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

"Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 29-da polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 21 ədəd narkotik tərkibli çətənə kolu və 310 qram qurudulmuş marixuana aşkar edilib.

Keçirilmiş tədbirlərin davamı olaraq həmin çətənə kollarını becərən şəxslərin 2 dost, Xocalı rayonu Cəmilli kənd sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı Tofiq Cavadov və Oğuz rayon sakini 45 yaşlı Firuz Mehdiyev olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. pizza sifarişi

İfadələrində həmin narkotik tərkibli bitkiləri öz istifadələri üçün becərdiklərini bildiriblər.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!