Narkotik maddə ilə tutulan qadın:   “Mənə yüksək məbləğdə pul təklif etmişdi....”

saytların hazırlanması

Evə çatdırılma

Narkotik maddə ilə tutulan qadın: “Mənə yüksək məbləğdə pul təklif etmişdi....”

Kriminal

03 İyun 2025 15:57 378


Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 29 yaşlı Arzu Bayramova saxlanılıb.

DİN mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, onun üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb. 

Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib. Faktla bağlı cinayət işi başlayıb. pizza hut

Narkotik maddə ilə tutulan qadın polisə ifadəsində, “Mənə yüksək məbləğdə pul təklif etmişdi, məhv oldum” deyib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!