Narkotikin təsiri altında oğurluq etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Narkotikin təsiri altında oğurluq etdi - Fotolar

Kriminal

21 Oktyabr 2019 16:05 941


Cəlilabad rayonunda avtomobili narkotik vasitənin təsiri altında idarə edən və oğurluqla məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Qarazəncir kənd sakini Əflatun Zeynalov polisə müraciət edərək bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb. 

Polis araşdırma zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elvin Mehtizadə və Asif Ağayev saxlayıb. Onlardan mənzildən oğurladıqları noutbuk aşkar edilərək maddi sübut kimi götürülüb. Marqarita pizza

Daha bir əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb. 

Belə ki, Qaradağ rayon sakini Orxan Verdiyev polislər tərəfindən Cəlilabad rayonu ərazisində saxlanılıb. Araşdırma zamanı onun, “Toyota” markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub. 

Qeyd edək ki, sürücününü yanında əyləşən sərnişini paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 6,069 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!