Narkotikin təsiri altında olan mikroavtobus sürücüsü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Narkotikin təsiri altında olan mikroavtobus sürücüsü tutuldu

Kriminal

03 İyun 2025 09:49 302


Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında sərnişin daşıma fəaliyyəti göstərən sürücü ifşa olunub.

Yenisabah.az  xəbər verir ki, stasionar postda yoxlama-nəzarət qaydasında saxlanılan “Hyundai” markalı mikroavtobusun sürücüsü Hafiz Piriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı Hafiz Piriyevin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Toyuqlu pizza

Barəsində inzibati protokol tərtib edilən Hafiz Piriyev məhkəmənin qərarı ilə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.

Sərnişinlərin həyatı üçün təhlükə yarada biləcək hadisənin qarşısı növbəti dəfə DYP əməkdaşlarının sayıqlığı nəticəsində alınsa da, sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər bu sahədə daha kəsərli tədbirlər görməli, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirləri gücləndirilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!