Narkotiklə tutuldu, oğurluq etdiyi üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Narkotiklə tutuldu, oğurluq etdiyi üzə çıxdı

Kriminal

27 Mart 2019 11:42 995


Şirvanda narkotiklə saxlanılan şəxslərin oğurluq əməllərinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan “Yeni Sabah”a daxil olan xəbərə görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakinləri Pünhan Tağıyev və Mirzəli Məmmədov saxlanılıblar.

Onların üzərinə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirmə zamanı onların törətdikləri digər cinayətin də üstü açılıb. Məlum olub ki, saxlanılan şəxslər bir müddət əvvəl vətəndaşa məxsus yaşayış evinə daxil olaraq, oradan ümumi dəyəri 1990 manat olan məişət əşyalarını da oğurlayıblar. pizza hut

Faktla bağlı Şirvan Şəhər Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!