NASA Aya qadın göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

NASA Aya qadın göndərəcək

Maraqlı

08 Mart 2021 09:54 801


Növbəti on il ərzində NASA Aya ilk qadını göndərməyi planlaşdırır.

Yenisabah.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

“Artemida” adlanan Ay missiyasının üzvləri doqquz kişi və doqquz qadın astronavt olacaq. pizza

Hazırda layihənin bir sıra çətinliklər, o cümlədən maliyyə çətinliklərilə üzləşdiyi bildirilir. Buna baxmayaraq, alimlər kosmik səfərin təşkilində israrlıdırlar.

NASA-da kosmik uçuşların rəhbəri olan Çarli Blekvel-Tompsonun sözlərinə görə, insanların Aya qayıdışı çox sayda elmi kəşflərin başlanğıcı ola bilər.

“Bizim Ayda öyrənəcəyimiz hələ çox məsələlər var. “Apollo” proqramı çərçivəsində əldə olunan məlumatların araşdırılması bu gün də davam edir”, - deyə o, bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!