Natavan Röya Ayxan və Elnarə Xəlilovadan danışdı:   “Mümkün deyil“

saytların hazırlanması

Evə çatdırılma

Natavan Röya Ayxan və Elnarə Xəlilovadan danışdı: “Mümkün deyil“

Şou

01 Yanvar 2026 10:04 659


Müğənni Natavan Həbibi bir zamanların məşhur musiqi qrupu olan W-Trio haqqında maraqlı açıqlamalar verib.

“Yeni Sabah”lm xəbərinə görə, “Qonaqcanlı” verilişində danışan ifaçı bildirib ki, qrup üzvlərinin yenidən bir araya gəlməsi çətindir:

“Bizim üçümüzün arasındakı münasibət çox çətindir. Bu soyuqluq var demək deyil. Sadəcə olaraq hamı öz yolu ilə gedir. Heç kəs qrup haqqında düşünmür. O hissi çoxdan itirmişik. Əsas uzaqlaşan da mənəm. Aramızdakı yoldaşlıq davam edir. Lakin mən qrup halında səhnədə davam edə biləcəyimizi düşünmürəm”.  pizza mizza

Qeyd edək ki, Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova W-Trio-da birgə çıxış ediblər. Qrup dağıldıqdan sonra üçlü ilk dəfə 2024-cü ildən, 2025-ci ilə keçən Yeni il gecəsində AzTV-nin bayram şənliyində bir araya gəlmişdilər.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!