NATO Belarusu hədələdi: “Təxribat riskinə qarşı ayıq-sayıq olacağıq“

saytların hazırlanması

Evə çatdırılma

NATO Belarusu hədələdi: “Təxribat riskinə qarşı ayıq-sayıq olacağıq“

Dünya

13 Noyabr 2021 12:16 571


NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb.

Yenisabah.az xəbər verir ki, NATO son günlər Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı mövqeyini açıqlayıb. 

"Şimali Atlantika Şurası siyasi məqsədlər üçün Polşa, Litva və Latviyaya qarşı yönəlmiş hibrid hücumların bir hissəsi kimi Belarus tərəfindən süni şəkildə yaradılmış qeyri-qanuni miqrasiyanın davamlı alətə çevrilməsini qətiyyətlə pisləyir. Sezar pizza

NATO Polşa, Litva, Latviya və təsirə məruz qalan digər müttəfiq dövlətlərlə həmrəydir. Vacib beynəlxalq tərəfdaşlarla yaxın koordinasiya tələb edən vəziyyətə cavab olaraq fundamental dəyərlərə və beynəlxalq hüquqa əsaslanan müttəfiqlər tərəfindən fərdi və kollektiv şəkildə atılan addımları dəstəkləyir.

Biz Belarusun Polşa, Litva və Latviya ilə sərhədlərində növbəti eskalasiya və təxribat riskinə qarşı ayıq-sayıq olacağıq və onun Alyansın təhlükəsizliyinə təsirlərini izləməyə davam edəcəyik. NATO müttəfiqləri Belarusu bu hərəkətləri dayandırmağa, insan hüquq və əsas azadlıqlarına hörmət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırır"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!