NATO-nun Baş katibi Qarabağdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

NATO-nun Baş katibi Qarabağdan danışdı

Siyasət

02 Dekabr 2020 00:30 1290


"Əsas mesajımız ondan ibarətdir ki, münaqişənin həlli üçün siyasi prosesə ehtiyac var".

Yenisabah.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bu gün baş tutan NATO ölkələrinin XİN başçılarının virtual konfransından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağla bağlı verilən suala cavabında deyib.

"Biz döyüşün və şiddətin qarşısını almalıyıq. Əlbəttə ki, biz Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. Bu, bizim əsas mesajımızdır. Azərbaycan və Ermənistan, hər iki ölkə NATO-nun partnyorlarıdır, lakin bildiyiniz kimi, NATO bu münaqişənin bir hissəsi, tərəfi deyil”, - Yens Stoltenberq əlavə edib.  /APA pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!