“NATO-nun genişlənməsi Türkiyə üçün təhlükədir“ - Perinçek

“NATO-nun genişlənməsi Türkiyə üçün təhlükədir“ - Perinçek

Dünya Saytların hazırlanması

24 Mart 2023 12:34 679


“NATO-nun şərqə doğru genişlənməsi Türkiyə üçün təhlükəni artıracaq”.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidentliyinə namizəd, “Vətən” partiyasının lideri Doğu Perinçek deyib.

O bildirib: “Hazırda Rusiya Türkiyənin mütərəqqi müttəfiqidir. ABŞ imperializmi və onun Ukraynadakı oyun kartları ilə mübarizə həm də Türkiyənin mübarizəsidir. NATO-nun şərqə doğru genişlənməsi Türkiyə üçün təhlükənin güclənməsi demək olduğundan, Ukrayna cəbhəsində Rusiyanın tərəfində olacağıq.

Rusiya uzun illərdir ki, ən böyük ticarət tərəfdaşlarımızdan biridir. Türkiyə və Rusiyanın iqtisadiyyatları bir-birini tamamlayır. Türkiyənin enerji təhlükəsizliyi Rusiyadadır. Ona görə də biz Rusiya ilə iqtisadi əlaqələrimizi gücləndirəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!