NATO ölkələri silah istehsalı üçün 10 mlrd. dollarlıq müqavilə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

NATO ölkələri silah istehsalı üçün 10 mlrd. dollarlıq müqavilə imzaladı

Dünya

15 Fevral 2024 13:02 766


NATO ölkələri Kiyevə yeni hərbi təchizatların verilməsi üçün artıq 10 milyard dollarlıq müqavilə imzalayıb.

Yenisabah.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl deyib.

“Bu gün günorta mən Ukrayna-NATO Şurasının (UNC) iclasına sədrlik edəcəyəm, biz Ukraynaya yardımımızı necə dəstəkləyəcəyimizi müzakirə edəcəyik. Hasilatı artırmalıyıq. NATO ölkələri son aylarda 10 milyard dollarlıq müqavilələr üzrə razılığa gələ biliblər”, - deyə Stoltenberq qeyd edib. pizza hut

Baş katib əlavə edib: “Mən NATO ölkələrinin daha çox yardım, daha çox hava hücumundan müdafiə sistemi, daha çox sursat göndərməsini alqışlayıram, Avropa İttifaqının 50 milyard avro (dörd il ərzində) ayırma qərarını alqışlayır və ABŞ Konqresinin Ukraynaya dəstək paketini təsdiqləyəcəyini gözləyirəm"

Y. Stoltenberq bir daha Kiyevə silah tədarükünün xeyriyyəçilik deyil, NATO-nun öz təhlükəsizliyinə sərmayə olması fikrini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!