“Gürcüstan, Azərbaycan, Ermənistan NATO ilə münasibətlərin möhkəmlənməsinə cəhd edir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri NATO Baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay “Nezavisimaya qazeta”nın şərhçisi Andrey Serenkoya müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO Qafqaz regionunda fəal rol oynayır. Ceyms Apparturay bildirib ki, Gürcüstan üçün Alyansa üzv olmağa dair dəqiq məqsədlər səciyyəvidir, bizim bu ölkədə çox fəal iştirakımız var: Marqarita pizza
“Biz Gürcüstana siyasi müstəqillik, suverenliyi qorumağa yardım etmək və bu məqsədə nail olmaq istəyirik. Bu ölkədə insanlar bunu istəyirlər və biz onların cəhdlərinə hörmətlə yanaşırıq”.
Appaturay Azərbaycanla da bağlı maraqlı fikirlər səsləndirib. NATO rəsmisi bildirib ki, Şimal Alyansının Bakı ilə münasibətləri yaxşıdır. “Azərbaycan üçün unikal istiqamət səciyyəvidir. Bakı Rusiyanın müttəfiqi deyil, lakin NATO-da üzvlüyə də can atmır. Azərbaycanla çox yaxşı əməkdaşlığımız var, bizim və Rusiyanın ali hərbi rəhbərlikləri arasında görüşə öz ərazisində ev sahibliyi etməsi yaxşı nümunədir. Bu istiqamətdə bizdə vacib əməkdaşlıq inkişaf edir”, - deyə o vurğulayıb.
Telegram kanalımız