“Navalnının ölümünə görə o məsuliyyət daşıyır” - SENSASİYA 

saytların hazırlanması

Evə çatdırılma

“Navalnının ölümünə görə o məsuliyyət daşıyır” - SENSASİYA 

Dünya

17 Fevral 2024 13:53 987


"Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır". 

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden rusiyalı müxalifətçi Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı açıqlamasında deyib.

O, hadisəni "Putinin amansızlığının başqa bir sübutu" olaraq xarakterizə edib. Bayden qeyd edib ki, Navalnı həyatını sürgündə təhlükəsiz keçirə biləcəyi halda, həbs olunmağı və ya öldürülməyi gözə alıb, ölkəsinə və xalqına olan inancı ilə Rusiyaya qayıtmışdı. pizza mizza

ABŞ-ın vitse-prezidenti Kamala Harris isə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib: "Əlbəttə, bu, dəhşətli xəbərdir. Bu, Putinin amansızlığının növbəti əlamətidir. Gəlin açıq deyək: Rusiya məsuliyyət daşıyır".

ABŞ dövlət katibi Antoni Blinken də hadisəyə münasibət bildirib: “Navalnının Rusiya həbsxanasında ölməsi, tək adamın vəsvəsəsi və qorxusu Putinin qurduğu sistemin qəlbində zəiflik və çürümə olduğunu vurğulayır. Rusiya buna görə məsuliyyət daşıyır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!