Naxçıvan kəndlərinə ayı hücumları - Foto

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan kəndlərinə ayı hücumları - Foto

Rəsmi

02 Sentyabr 2023 23:41 802


Son günlər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun dağlıq kəndləri ayıların hücumuna məruz qalır.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, kəndlərdə ayıların çoxalması sakinləri təşvişə salır.

Rayonun dağ kəndlərinin, o cümlədən də Kükünün sakinləri ayıların peyda olmasından təşvişə düşüblər. Sakinlər qeyd edirlər ki, ayılar onların böyük zəhmətlə ərsəyə gətirdiyi təsərrüfat sahələrinə və bal arıları yeşiklərinə ziyan vururlar. Bunlar bir yana, vəhşi heyvanlar onların həyatına təhlükə törədərək, təşviş yaradırlar. pizza mizza

Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar hətta günün istənilən saatında həyətlərdə gözə dəyir, alma, armud yeyirlər. Yırtıcı heyvanlar ovlarını dağda deyil, bağlarda axtarır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!